<b>Azərbaycanlı müğənninin 100 min manat borcu var - <span style="color:red;">VİDEO</b>
28 fevral 2019 13:46 (UTC +04:00)

Azərbaycanlı müğənninin 100 min manat borcu var - VİDEO

“100 min manat borcum var”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Bahar Lətifqızı "Səhər-səhər" verilişində deyib. O bildirib ki, ev alıb, amma pulunu ödəyə bilməyib:


"Evin əvvəlki sahibi incəsənət adamı deyil, iş adamıdır. Evi var idi, satmaq istəyirdi. Bir məclisdə gördü, deyir, niyə mənim evimi almadın. Düzü, onun evini almağa gücüm çatmamışdı, ucuzun almışdım. Evin pulundan 83 minini verdim, 100 mini qalıb. Onu da verəcəm, bundan utanmıram. Toylarım var, oxuyub ödəyəcəm. Həmin iş adamı mənə dedi ki, sənin 100 min manat borcunu verirəm, hədiyyəm olsun. Cavab verdim ki, istəyirsən borcumu 3 yox, 1 ilə ödəyim? Ətrafında çox insan var, məni onların toylarına sal, özüm qazanım, sənə də dua edim. Başqası olsaydı, onu qəbul edərdi".

 

 

# 1122
avatar

Yalçın UĞUR

Oxşar yazılar