Aqolli turun ən yaxşısı seçildi
27 fevral 2019 15:20 (UTC +04:00)

Aqolli turun ən yaxşısı seçildi

Topaz Premyer Liqasında XVIII  turunun ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın məlumatına görə, turun oyunçusu adına “Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli layiq görülüb.
 
“İnStat”ın təhlilinə əsasən 36 yaşlı müdafiəçi ən yüksək reytinqə malik olub. A.Aqolli “Sabah”a qarşı görüşdə start heyətdə yer alıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
 
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı 1:1 hesabı ilə başa çatıb.
# 535
avatar

Oxşar yazılar