<b>37434 şagird imtahan verəcək</b>
27 fevral 2019 15:02 (UTC +04:00)

37434 şagird imtahan verəcək

Martın 3-də  9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
 
N\lumata görə,  martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçiriləcək. Həmin gün ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
 
İmtahan saat 11:00-da başlanır.
 
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
Şagirdlər imtahana imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər.
 
Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilən və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
 
IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.
 
İmtahanda 37434 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
 
İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.
 
 
# 439
avatar

Oxşar yazılar