<b>U-19 Avropa çempionatının qalibi müəyyənləşdi</b>
30 iyul 2018 00:48 (UTC +04:00)

U-19 Avropa çempionatının qalibi müəyyənləşdi

19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, finalda İtaliya ilə Portuqaliya görüşüb. Matçın əsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.

 

Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarını isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.

 

 

# 528
avatar

Oxşar yazılar