<b>“Barselona”dan “Everton”a</b>
26 iyul 2018 18:24 (UTC +04:00)

“Barselona”dan “Everton”a

“Barselona”dan “Everton”a
“Barselona”nın müdafiəçisi Luka Din karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, fransalı futbolçu “Everton”un formasını geyinməyə çox yaxındı.
 
“Barselona” rəhbərliyi ilə danışıq aparmaq üçün İspaniyaya yollanan “Everton” rəsmiləri istəklərinə çatıblar. Klublar arasında danışığın müsbət nəticələndiyi və keçidin yaxın müddətdə açıqlanacağı vurğulanıb. 25 yaşlı oyunçunun transferinin detalları yazılmasa da, “Everton”un 15-20 milyon avro xərcə düşəcəyi qeyd olunub.
# 500
avatar

Oxşar yazılar