<b>Ermənistandakı Rusiya hərbi bazasının statusuna yenidən baxıla bilər</b>
23 iyul 2018 10:47 (UTC +04:00)

Ermənistandakı Rusiya hərbi bazasının statusuna yenidən baxıla bilər

“Heç bir qanun daşdan deyil. Ermənistandakı 102-ci hərbi bazanın statusuna yenidən baxıla bilər. Təlim adı altında baş verən son hadisələr, bizim xəbərimiz olmadan tankların və ağır texnikaların Gümrüdəki kəndlərə yeridilməsi Ermənistan cəmiyyətində ciddi narahatlıq doğurub”.

 

Lent.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri David Tanoyan deyib. Tanoyanın sözlərinə görə, hökümət Rusiyanın 102-ci bazasının statusu ilə bağlı müqavilənin müddəalarına yenidən baxacaq:

 

“Son hadisələr göstərdi ki, Rusiya ilə bağlanmış hərbi müqavilənin 102-ci baza ilə bağlı hissəsində ciddi boşluqlar var. Onlar aradan qaldırılmalıdır. Boşluqlar problemlərin yaranmasına səbəb olur. Son hadisələrdə Gümrü sakinlərinin panikaya düşməsi bu barədə düşünməyimizə əsas verir. Baş verənlərlə bağlı artıq xüsusi istintaq qrupu da yaratmışıq. Rusiya Müdafiə Nazirliyi də bu barədə araşdırmalara başlayıb. Qarşı tərəf də nəticələr barədə bizə məlumatlar verəcək”.

 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiyanın Ermənistandakı 102-c hərbi bazasının komandanlığı təlim proqramı adı altında ətraf kəndlərə ağır texnika yeridib. Kəndlərdə atəş səsləri eşidilib. Bu isə əhalinin təşvişinə səbəb olub. Rusiya tərəfi isə baş verənlərlə bağlı Ermənistanın hərbi dairələrini məlumatlandırdığını bəyan edib.

 

# 342
avatar

Tural TURAN

Oxşar yazılar