Ronaldonun 5.3 milyon borcu qalıb
19 iyul 2018 21:06 (UTC +04:00)

Ronaldonun 5.3 milyon borcu qalıb

İspaniyada vergidən yayınan "Real"ın sabiq futbolçusu Kriştiano Ronaldo "Yuventus"a keçidinə qədər bu problemini müəyyən qədər həll edib.

 

Lent.az-ın "Qol.az"-a istinadən xəbərinə görə,  portuqaliyalı hücumçu 18.8 milyon avro məbləğində cərimənin 13.5 milyon avrosunu ödəyib. Onun 5.3 milyon avro borcu qalıb.

 

Qeyd edək ki, Ronaldonun "Real"dan ayrılmasının əsas səbəblərindən biri də məhz verg ilə bağlı  olduğu iddia olunurdu. Madrid klubu ona köməkdən imtina etdiyi üçün 33 yaşlı oyunçunun ayrılmaq qərar verdiyi iddia olunur.

 

# 417
avatar

Oxşar yazılar