Azərbaycanın enerji təminatı bərpa olundu - <span style="color:red;">YENİLƏNİB-4
04 iyul 2018 04:57 (UTC +04:00)

Azərbaycanın enerji təminatı bərpa olundu - YENİLƏNİB-4

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub.  APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub. 

 

“Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

 

***** 23.58

 

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın xəbərinə görə, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

 

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.  

 

 

**** 21.21

 

Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.


 
Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.   

 

***

 

Saat 20:24

 

Bakının əksər rayonlarında və ölkənin şimal rayonlarında enerji təchizatında yaranmış problem aradan qaldırılıb.

 

APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.

 

Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.

 
# 483
avatar

Oxşar yazılar