[b]Gürcüstanda kütləvi zəhərlənmə [/b] - [b]100 nəfər xəstəxanalıq oldu[/b]
24 iyun 2018 20:16 (UTC +04:00)

[b]Gürcüstanda kütləvi zəhərlənmə [/b] - [b]100 nəfər xəstəxanalıq oldu[/b]

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.

 

Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

 

Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.

 

Zəhərlənmənin dəqiq səbəbini ekspertiza müəyyən edəcək.

 

# 266
avatar

Oxşar yazılar