Tramp miqrantlarla bağlı fərman imzaladı
21 iyun 2018 00:33 (UTC +04:00)

Tramp miqrantlarla bağlı fərman imzaladı

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrant ailələrinin ayrılması praktikasına son qoyan fərman imzalayıb.

 

APA-nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.

 

“Bizim sərhədlərimiz çox möhkəm olacaq. Ancaq ailələri ayırmayacağıq”, deyə D.Tramp qeyd edib.

 

Hesablamalara  əsasən, aprel və may aylarında ABŞ-Meksika sərhədində iki min uşaq ailələrindən alınaraq xüsusi sığınacaqlara yerləşdirilib.

 

# 205
avatar

Oxşar yazılar