DÇ-2018: [b]Rusiyadan ikinci qələbə[/b]
20 iyun 2018 00:19 (UTC +04:00)

DÇ-2018: [b]Rusiyadan ikinci qələbə[/b]

Rusiyadakı futbol üzrə dünya çempionatında günün son görüşü oynanılıb. APA-nın xəbərinə görə, A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə sabah Uruqvayın Səudiyyə Ərəbistanına yenilməməsi bəs edəcək.

 

 

 

Dünya çempionatı

 

19 iyun

 

 

 

II tur

 

A qrupu

 

Rusiya – Misir - 3:1 (ikinci hissə)

 

Qol: Ahmet Fathi, 47 (avtoqol), Çerışev, 59, Zyuba, 62 - Salah, 72 (pen.)

 

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

 

Sankt-Peterburq, Şəhər stadionu

 

# 348
avatar

Oxşar yazılar