"Real Madrid" yeni baş məşqçisini təqdim etdi
15 iyun 2018 10:06 (UTC +04:00)

"Real Madrid" yeni baş məşqçisini təqdim etdi

“Real” yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis bu gün “kral klubu” ilə münasibətlərini rəsmiləşdirib.

3 illik müqaviləyə qol çəkən çalışdırıcı təqdimetmə mərasimində bunları deyib: “Anamın ölümündən sonra dünən həyatımın ən kədərli günü idi (İspaniya yığmasından qovulmasını nəzərdə tutur). Bu gün isə ən xoşbəxt günümdü. 18 yaşımda qardaşımın yanında əsgər kimi göründüyüm an yadımdadı. “Kastilya”da və “Real”ın əsas komandasında oynamışam. Həmçinin “Kastilya”nın baş məşqçisi olmuşam. İndi isə əsas komandaya rəhbərlik etmək imkanı qazanıram. Sadiqliyin nə olduğunu burda öyrəndim”.

Qeyd edək ki, Xulen Lopeteqi qapıçı karyerası ərzində 1988-1991-ci illərdə “Real”ın, 1994-1997-ci illərdə isə “Barselona”nın formasını geyinib.

# 250
avatar

Oxşar yazılar