[b]Emin Ağalarov ilk dəfə Gürcüstanda konsert verdi[/b]
01 iyun 2018 20:57 (UTC +04:00)

[b]Emin Ağalarov ilk dəfə Gürcüstanda konsert verdi[/b]

Azərbaycanın xalq artisti Emin Ağalarov ilk dəfə Gürcüstanda konsert proqramı ilə çıxış edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, solo konsert Tbilisi Konsert Zalında  baş tutub.

 

E.Ağalarov tamaşaçıları gürcü dilində salamlayıb. O, zalın dolu olmasından məmnunluq ifadə edərək, tamaşaçılara təşəkkür edib.

 

E. Ağalarov deyib ki, Tbilisini çox sevir: "Mən Bakıdanam və sizin qonşunuzam. Əgər azərbaycanlı olmasaydım, gürcü olmağımı istərdim".

 

O, məşhur hit mahnıları ilə yanaşı yeni kompozisiyalar da ifa edib. Müğənnini öz orkestri müşayiət edib.

 

Konsertin tamaşaçıları arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, azərbaycanlı gənclər və iş adamları da olub.

 

# 473
avatar

Oxşar yazılar