Lempard İngiltərə klubuna baş məşqçi təyin olundu - <span style="color:red;">FOTO
31 may 2018 14:30 (UTC +04:00)

Lempard İngiltərə klubuna baş məşqçi təyin olundu - FOTO

Frenk Lempard karyerasını baş məşqçi kimi davam etdirəcək. Apasport.az saytının məlumatına görə, o, “Derbi Kaunti”ni çalışdıracaq. Lempard klubla 3 illik müqaviləyə imza atıb.

 

“Derbi Kaunti” 2017-18 mövsümündə Çempionşipi 6-cı sırada bitirmiş və Premyer Liqaya yüksəlmək uğrunda oynanılan pley-off matçlarının ümumi nəticəsinə görə “Fulhem”ə 1:2 (1:0, 0:2) uduzmuşdu.

 

 

Qeyd edək ki, Frenk Lempard 2017-ci ilin fevralında professional futbolçu karyerasını bitirmişdi.

# 243
avatar

Oxşar yazılar