“Səbail” yeni baş məşqçisini açıqladı
25 may 2018 16:43 (UTC +04:00)

“Səbail” yeni baş məşqçisini açıqladı

“Səbail”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt təmsilçisi Aftandil Hacıyevə tapşırılıb.

 

Samir Əliyevin gedişindən sonra bir neçə mütəxəssislə danışıq aparan, lakin ortaq məxrəcə gələ bilməyən “Səbail” rəhbərliyi Hacıyevi komandanın “sükanı arxası”na gətirib. Milli komandamızın sabiq futbolçusu yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

# 218
avatar

ApaSport TV

Oxşar yazılar