DoctorAgro və Gilan Pivot CaspianAgro sərgisində iştirak edirlər
17 may 2018 14:08 (UTC +04:00)

DoctorAgro və Gilan Pivot CaspianAgro sərgisində iştirak edirlər

“Gilan Holding”-ə daxil olan “Gilan Pivot” MMC və “Aqrokimya Azərbaycan” MMC-nin “DoctorAgro” ticarət nişanı 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) iştirak edirlər.

 

“Gilan Pivot” və “DoctorAgro”-nun stendlərində ziyarətçilər Azərbaycanda istehsal olunan pestisidlərin müxtəlif növləri və müasir pivot suvarma sistemləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat alırlar.

 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Aqrokimya Azərbaycan” MMC Az­ərbaycanın ilk və­ yeganə pestisid istehsalçısıdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan zavodun fəaliyyətində əsas məqsəd aqrar sektorun bitki mühafizəsi vasitələrinə olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

 

Neftçala Sənaye Məhəlləsinin ərazisində yerləşən “Gilan Pivot”-un istehsal etdiyi pivot sistemləri hal-hazırda suvarma sahəsində ən qabaqcıl texnologiyalardan biridir. Onların tətbiqi nəticəsində əkin sahələri daha geniş miqyasda suvarılır və məhsuldarlıq qısa müddət ərzində ciddi şəkildə artırılır.

 

16-18 may tarixlərində keçirilən CaspianAgro sərgisində iştirak “Gilan Pivot” və “DoctorAgro” üçün potensial müştərilərlə görüşmək, onlara öz məhsulları haqqında ətraflı məlumat vermək və yeni biznes əlaqələri qurmaq imkanlarını yaradır.

# 354
avatar

Oxşar yazılar