<b>Tolik İlhamə Quliyevanın <span style="color:red;">SİRRİNİ AÇDI :  "Dedi ki, Nazpəri..."</b>
11 may 2018 13:08 (UTC +04:00)

Tolik İlhamə Quliyevanın SİRRİNİ AÇDI: "Dedi ki, Nazpəri..."

Prodüser Tolik ( Tarix Əliyev ) mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraf edib.

 

Lent.az-ın məlumatına görə, prodüser “Hər şey daxil” verilişində bildirib ki, illər əvvəl İ.Quliyeva qalmaqalda olduğu həmkarı Nazpəri Dostəliyeva ilə barışmaq istəyib: “Mən, İlhamə xanım və onun mətbuat katibi Faiq restoranda oturmuşduq. İlhamə xanımın Nazpəri xanımla barışmağa meylli olduğunu bilirdim. Buna görə də Nazpəri xanıma zəng etdim, qorxa-qorxa dedim ki, “İlhamə xanım sizinlə danışmaq istəyir”. Telefonda on dəqiqə sükut oldu, axırda dedi ki, yaxşı, sənsən də… İlhamə xanım onunla “Naza” deyə çox mehriban danışmağa başladı. Həmin ərəfə ya Orxanın toyundan qabaq, ya da Tükəzban xanımın ölümünün ildönümünə yaxın idi. Dedi ki, səni orada görmək istəyirəm. Axşam Nazpəri xanım mənə zəng etdi ki, “Tolik, bilirsən ki, belə şeylər bir anın içində həll olunmur, ürək başqa şeydir, belə şeylər tezliklə həll olunan iş deyil”. Nazpəri xanım həmin vaxt mənə deyə bilərdi ki, get işinin dalınca, amma demədi”.

 

# 471
avatar

Yalçın UĞUR

Oxşar yazılar