Azərbaycan bankları 56 milyon manat ziyana düşdü
04 may 2018 16:30 (UTC +04:00)

Azərbaycan bankları 56 milyon manat ziyana düşdü

2018-ci il aprel ayının 1-nə  bank sektorunun zərəri  55,9 mln. manat təşkil edib.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 428 mln. manat, faiz xərcləri isə 151,9 mln. manat olub.

 

Qeyd edək ki, banklar bu ilin yanvar-mart aylarında kreditlər üzrə faizlərdən 287 mln. manat əldə edib.

 

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 197,5 mln. manat vəsait xərclənib.

# 275
avatar

APA Baycan

Oxşar yazılar