[b]İrəvanda yeni prezidentin istefası tələb edildi[/b]
03 may 2018 19:31 (UTC +04:00)

[b]İrəvanda yeni prezidentin istefası tələb edildi[/b]

Ermənistan paytaxtında vətəndaş itaətsizliyi mitinqlərini davam etdirən etirazçılar bu dəfə yeni seçilmiş prezidentin istefasını tələb ediblər.

 

Lent.az hayeli.am-a istinadən bildirir ki, etirazçılar ikinci turda da baş nazir seçilməzsə prezident Armen Sarkisyanın istefa verməli olduğunu deyiblər. Prezidentin istefasının niyə tələb edildiyi haqda məlumat verilmir. Bildirilir ki, Paşinyan tərəfdarları axşam saatlarında “Armen, rədd ol!”, “Sən də bizdən deyilsən” kimi şüarlar səsləndirib.

 

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir postu üçün ikinci səsvermə keçiriləcək. Yeni qanunvericiliyə görə, deputatlar bu dəfə də hökumət başçısını seçə bilməsələr o zaman parlament buraxılacaq.

 

# 468
avatar

Tural TURAN

Oxşar yazılar