[b]Duma sədri və MSK rəhbəri yarım saat növbə gözlədi[/b]
18 mart 2018 13:58 (UTC +04:00)

[b]Duma sədri və MSK rəhbəri yarım saat növbə gözlədi[/b]

Rusiyada prezident seçkiləri davam edir. Lent.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada Elmlər Akademiyasının binasında səs verib. 2151 saylı seçki məntəqəsinə gələn prezident pasportunu təqdim etdikdən sonra seçki kabinəsinə keçib.

Maraqlıdır ki, Rusiya Dumasının sədri Volodin və MSK sədri Pamfilova da həmin məntəqədə səs veriblər. Məntəqədə o qədər seçici aktivliyi yüksək olub ki, onlar təxminən yarım saat növbədə gözləməli olublar.

 

 

 

# 462
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar