Heydər Əliyev Sarayında çoxdan gözlənilən konsert baş tutdu - FOTOLAR
04 iyun 2017 15:53 (UTC +04:00)

Heydər Əliyev Sarayında çoxdan gözlənilən konsert baş tutdu - FOTOLAR

Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təqdim edilib.

 

Lent.az AzrTAc-a istinadən xəbər verir ki, konsertdə Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, “Sevil” qrupu və başqaları çıxış edib.

 

Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” instrumental ansamblı müşayiət edib.

 

Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Bağışla”, “Neyləyim”, “Aman ayrılıq”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndirilib.

# 416
avatar

Oxşar yazılar