[b]Aşıq Samirə: "Xocalım vay " - VİDEO[/b]
26 fevral 2017 11:41 (UTC +04:00)

[b]Aşıq Samirə: "Xocalım vay " - VİDEO[/b]

Aşıq Samirə Əliyeva Xocalı soyqrımı adlı yeni layihəsini təqdim edib. .....az-a açıqlama verən tanınmış aşıq bildirib ki, sözləri Mehrab Türkanlıya, musiqisi Nailə Mirməmmədliyə məxsus "Xocalım vay" adlı yeni mahnı oxuyub: " Bu mahnını təxminən 10 il öncə dəyərli bəstəkarımız Nailə Mirməmmədli mənim üçün yazmışdı. Amma elə oldu ki, disqi itirdim. Bu yaxınlarda Nailə xanım həmin disqi tapdı və beləcə bu layihəmiz həyata keçdi. Bu mahnı çox təsirlidi. İnşAllah şəhidlərimizin qanı yerdə qalmaz. İlk dəfədir ki, mənim repertuarımda qəmli-kədərli mahnı yer alır. Hər bir azərbaycanlı kimi mənim də qəmim-kədərim Xocalı soyqrımıdı ".

 

 

A.Samirə bildirib ki, bu layihəyə klip çəkdirmək niyyətində deyil: "Belə bir qərara gəldik ki, bu əsərə ekran həyatı verməyək. Çünki mahnının sözləri elədir ki, Xocalı ilə bağlı hər şeyi xəyalən göstərir".

# 325
avatar

Oxşar yazılar