Bakıda özünü yandıran şəxs xəstəxanada öldü - YENİLƏNİB
26 fevral 2016 10:07 (UTC +04:00)

Bakıda özünü yandıran şəxs xəstəxanada öldü - YENİLƏNİB

Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı şəhər klinik xəstəıxanasının Yanıq Mərkəzində vəfat edib.

 

Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

Bakı sakini özünü yandırıb. Lent.az-ın məlumatına görə, hadisə fevralın 22-də saat 18-00 radələrində Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu sərxoş vəziyyətində üstünə benzin tökərək özünü yandırıb. Vətəndaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

 

E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Həmçinin qeyd edilir ki, o, spirtli içki aludəçisidir.

 

Faktla bağlı araşdırma aparılır.

# 527
avatar

Nizam Rza

Oxşar yazılar