Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ XƏBƏR
10 fevral 2016 10:39 (UTC +04:00)

Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ XƏBƏR

Fevralın 8-də Yasamal rayonu 2-ci Yasamal, bina 5-dəki evdə intihar edən 23 yaşlı Nigar Vahabovanın intiharı ilə bağlı saxlanılan yoxdur. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, intihar faktı ilə bağlı kimsə məsuliyyətə cəlb edilməyib.

 

Bildirilib ki, N.Vahabova intihar etdikdən dərhal sonra hadisə yerinə ilk olaraq onun rəfiqəsi və sevgilisi kimi təqdim edilən Bəhram (ad şərtidir) gəlib. Daha sonra bu barədə polisə xəbər verilib.

 

 

*****

 

9 fevral           13:39

 

Dünən Bakıda intihar edən 23 yaşlı Nigar Vahabovanın ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb. 

 

O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün olmayıb. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.

 

 

*****

 

10:53

 

Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

 

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

 

Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.

 

***

 

10:37

 

Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

# 818
avatar

Nizam Rza

Oxşar yazılar