Qənirə Paşayeva Tailandda yaşayan müsəlman icması ilə görüşüb
11 yanvar 2016 12:57 (UTC +04:00)

Qənirə Paşayeva Tailandda yaşayan müsəlman icması ilə görüşüb

 

Tailandda səfərdə olan millət vəkili Qənirə Paşayeva bu ölkədə yaşayan müsəlman icmasının rəsmiləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı geniş məlumatlar verən millət vəkili 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.

 

Q. Paşayeva Tailandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac olduğunu qeyd edib.

 

Millət vəkili Tailandın müsəlman icması rəsmisi  Mayo Suttikan  və icma üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyərək onları Azərbaycana dəvət edib. “Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını”, deyən M. Suttikan   və icma üzvləri ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı  və Qarabağ həqiqətlərinin təbliğində bundan sonra səylərin  artıracaqlarını deyiblər.

 

Görüşün sonunda Q. Paşayeva Tailand müsəlman icması rəhbərliyi və üzvlərinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materiallar, tanınmış modelyer  Gülnarə  Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks  etdirən əl işini hədiyyə edib.

 

# 152
avatar

Oxşar yazılar