Qadının parikindən kokain aşkarlanıb
19 fevral 2013 07:19 (UTC +04:00)

Qadının parikindən kokain aşkarlanıb

Narkotik Suçlara qarşı Mübarizə şöbəsinin əməkdaşları Nijeriyadan Türkiyəyə gələn bir qadının üzərindən narkotik maddə aşkarlayıb.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 66 yaşlı Nigeriya əsilli Joseni polis Fateh Laləlidəki bir mehmanxanada nəzarət altına alıb.

 

O, İstanbul təhlükəsizlik idarəsinə gətirilib. Üstü axtarılıb.Polislər qadının başına qoyduğu parikdən bir kiloqram 40 q kokain aşkarlayıb. O, Çağlayandakı İstanbul məhkəməsinə göndərilib. Məhkəmə nigeriyalı barəsində həbs qətiimkan qərarı çıxarıb. O, Bakırköy Qadın və uşaq islah düşərgəsinə göndərilib.

 

# 1081
avatar

Oxşar yazılar