İranda 3 nəfər edam olundu
17 fevral 2013 21:59 (UTC +04:00)

İranda 3 nəfər edam olundu

İranın Ərak şəhərində bu gün 3 nəfər edam edilib.

 

APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə Ərak İnqilab Məhkəməsinin birinci şöbəsi ölüm hökmü çıxarıb.

 

Həbs edilən zaman onlardan ümumilikdə 5 kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Məhkəmə qərarı Ərak həbsxanasında səhər saatlarında icra edilib.

 

Məhbusların kimliyi məlum olmasa da, onların 31, 35 və 47 yaşlarında olduğu bildirilib.

# 1511
avatar

Oxşar yazılar