İrana görə Heyqel nazir olmaya bilər
15 fevral 2013 01:23 (UTC +04:00)

İrana görə Heyqel nazir olmaya bilər

Bir qrup respublikaçı senator Çak Heyqelin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləməyə bilər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bu vəzifəyə  ABŞ prezidenti Barak Obama tərəfindən irəli sürülüb.

 

Məlumata əsasən, onun İsrail, İraq və İranla bağlı çıxışı respublikaçıların xoşuna gəlməyib. Senatorlar onun təsdiqlənməsi ilə bağlı səsvermənin təxirə salınmasını tələb ediblər.

 

Respublikaçıların bu bəyanatını Ağ ev ABŞ-ın müttəfiqləri və amerikalı hərbçilər üçün «pis siqnal» adlandırıb.

 

66 yaşlı Vyetnam savaşı veteranı Heyqelin  bu vəzifəyə namizədliyi senatorlar arasında narazılıqla qarşılanıb. Respublikaçılar onu İsrailə qarşı sərt tənqiddə, İrana isə mülayim münasibətdə suçlayıblar.

 

Bir müddət öncə Heyqel bildirmişdi ki, problemli nüvə proqramı ilə bağlı İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaları «səmərəsiz» adlandırmışdı.  

# 430
avatar

Oxşar yazılar