Lənkəranda rekord: stadiona 11 min azarkeş gəlib
12 fevral 2013 11:29 (UTC +04:00)

Lənkəranda rekord: stadiona 11 min azarkeş gəlib

 

Futbol üzrə Topaz Premyer Liqasında 2012-2013-ci il mövsümünün yeni rekordu qeydə alnıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, XIX turun “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasını 11000 azarkeş izləyib.

 

Bu isə  cari çempionatın ən yüksək göstəricisidir. Bu, XVII turun Lənkəranda keçirilən “Böyük oyun”unda qeydə alınıb. Ötən il dekabrın 14-də baş tutmuş görüşü 9500 tamaşaçı izləyib.

 

Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2.

# 977
avatar

Oxşar yazılar