Zabit Səmədov Maduro ilə görüşdü - VİDEO
09 iyun 2022 14:15 (UTC +04:00)

Zabit Səmədov Maduro ilə görüşdü - VİDEO

Venesuela Prezidenti Nikolas Maduro Türkiyəyə səfəri çərçivəsində məşhur türk serialı "Kuruluş Osman"ın yaradıcı heyəti ilə görüşüb.

Lent.az-ın məlumatına görə, prezidentlə görüşənlər arasında azərbaycanlı kikboksçu Zabit Səmədov da olub.

Maduro görüşlə bağlı təəssüratlarını “Twitter”də paylaşıb:

"Mən gözəl türk xalqının mədəniyyəti ilə tanışlığıma, "Kuruluş Osman" serialının aktyorları ilə bu gözəl görüşə görə minnətdaram. Biz qardaş xalqlarımızın mədəni inteqrasiyasını gücləndirməyə çalışırıq".

Qeyd edək ki, Z.Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” tarixi serialında döyüşçü Gəncə bəy obrazını canlandırıb.

# 2733
avatar

Rəsul SARI

Oxşar yazılar