Kamçatkada hərbçi səhər yeməyinə gedən bir qrup həmkarını avtomobillə vurub. 11 əsgər yaralanıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, qəza dekabrın 2-də səhər tezdən Petropavlovsk-Kamçatski-Milkovo avtomobil yolunda baş verib. 27 yaşlı hərbi qulluqçu, leytenant İqor N. idarəetməni itirərək yeməkxanaya gedən bir qrup çağırışçının üzərinə sürüb.
Ümumilikdə 11 nəfər xəsarət alıb - onlardan üçü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerindəcə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Qəza ilə bağlı materiallar İstintaq Komitəsinin hərbi istintaq idarəsinə verilib.