Avstraliyada dayanacaqda yoqa ilə məşğul olan qadın çörək sexini qarət edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, cinayətkar çörək sexinin düz qarşısında mürəkkəb yoqa məşqləri edərək qeyri-adi ilkin hazırlıq nümayiş etdirib. Onun bu hərəkətləri təhlükəsizlik kamerasına düşüb. O, saat 3 radələrində müəssisəyə daxil olaraq, bir neçə kruasan və digər əşyalar oğurlayıb.
Videonu sosial şəbəkələrdə paylaşan çörək zavodu işçiləri hadisəni yumorla təsvir edərək, cinayətkarın oğurluqdan əvvəl dayanacaqda yoqa ilə məşğul olmasını qeyd ediblər.