İranda hakimiyyət əleyhinə etiraz aksiyalarında rejimin xalqa qarşı qəddar davranışları davam edir.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, 84 gündür davam edən etirazlar zamanı yüzlərlə insan ölüb və yaralanıb.
Amma buna baxmayaraq İran inqilabının keçmiş rəhbəri Ruhullah Xomeyninin nəvəsi Nəima Taheri Kanadanın Toronto şəhərində dəbdəbəli həyatını yaşayır.
Belə ki, sosial şəbəkələrdə Nəima Taheri Torontoda fotosessiya etdirdiyi görüntüləri yayılıb və bu görüntülər müzakirə mövzusuna çevrilib.
Xomeyninin nəvəsi İran xalqının pulları hesabına Torontoda dəbdəbəli və lüks həyat yaşayarkən, İranda hər gün onlarla gənc oğlan və qız azadlıq uğrunda mübarizə yolunda rejim qüvvələri tərəfindən güllələnərək öldürülür.