Ukraynanın Mariupol şəhərində dram teatrının binası partladılıb.
Lent.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi binanın Ukraynanın "Azov" taborunun döyüşçüləri tərəfindən partladıldığı barədə məlumat yayıb.
“Ukraynanın "Azov" taborunun döyüşçüləri əvvəldən minadıqları teatr binasını partladıblar”, - deyə məlumatda bildirilir.
Ukrayna mediası isə teatr binasının Rusiya ordusu tərəfindən partladıldığı barədə məlumat yayıb. Bildirilir ki, bina yüzlərlə insan tərəfindən sığıncaq kimi istifadə olunub.
"Rusiya təyyarəsi Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi teatr binasına bomba atıb", - deyə UNİAN saytı xəbər yayıb.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.