Antaliyada 3 qadını ayırmağa çalışan qruplar arasında dava düşüb.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, təxminən 20 nəfərin dalaşdığı bu anlar bir vətəndaşın mobil telefon kamerasına əks olunub.
Hadisə dünən axşam saatlarında Muratpaşa mahalında, Zeytinköy məhəlləsində baş verib. 3 qadın bəlli olmayan səbəblərə görə mübahisəyə başlayıb.
Mübahisələr böyüdükcə qadınlar dalaşmağa başlayıb və bunu görən ətrafdakı insanlar onları ayrılmağa çalışıblar. Amma dava daha da böyüyüb. Belə ki, 20 nəfərin iştirak etdiyi bu dava, bir müddət sonra tərəflərin ayrılıb bölgədən uzaqlaşması ilə sona çatıb.