ABŞ-ın Florida ştatından olan Dalton və Viktoriya Meysona məxsus Apollon adlı tutuquşu 3 dəqiqə ərzində 12 obyekti tanımaqla Ginnesin rekordunu qırıb.
Lent.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" məlumat yayıb .
ABŞ-ın Florida ştatından olan Apollon adlı 4 yaşlı Afrika boz tutuquşu 3 dəqiqə ərzində 12 obyekti tanımaq qabiliyyətini nümayiş etdirərək "Ginnesin Rekordlar Kitabı"na düşüb. Düzgün müəyyən edilmiş əşyalar arasında böcək, kitab və corablar var idi. Apollonun məşq metodu 30 il Aleks adlı tutuquşu yetişdirən heyvan psixoloqu İren Pepperberqin işindən ilhamlanıb.
"O, ilk obyekt simvollarını, rənglərini və materiallarını öyrənməyə başladıqdan sonra biz bilirdik ki, o, Aleksin etdiyi bir çox inanılmaz şeylərə və bəlkə də daha çox şeyə nail ola bilər", - deyilir.
Afrikalı boz tutuquşu olan Apollon "TikTok"da 2,8 milyon, "YouTube"da isə 1,37 milyon izləyicisi ilə sosial media ulduzuna çevrilib. Sahibləri Apollonu "heyvanların elçisi" adlandıraraq, onun heyvanlar haqqında bilik və təhsilin təbliğindəki rolunu vurğulayırlar.