Toy günü gəlinin koronavirus testi pozitiv çıxıb, bəylə birlikdə 22 nəfər karantinə alınıb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə Dənizlidə baş verib. Halise Nursel və Məhəmmdin toyundan sonra hər kəsi narahat edən hadisə baş verib. Toy mərasimindən sonra gəlinin koronavirus testi pozitiv çıxıb. Bəy və gəlinlə yaxın təmasda olan 22 nəfər karantinə alınıb.