Əməkdar artist Tünzalə Əliyeva
07 aprel 2021 14:38 (UTC +04:00)

Əməkdar artist Tünzalə Əliyeva

"Toppuş bacı"da inanılmaz dəyişiklik - Həkimin dediyinə əməl etmir - VİDEO

“Toppuş bacı” ləqəbi ilə tanınan Əməkdar artist Tünzalə Əliyeva imicində dəyişiklik etdirib.

Lent.az-ın məlumatına görə, başına uzun və açıq rəngdə parik qoyan aktrisa “7 canlı” verilişində qonaq olub. O, bildirib ki, müalicə prosesi davam edir:

“Milli Onkologiyanın bütün heyətinə təşəkkür edirəm. İkinci MRT-dən də cavab çıxdı, hər şey yaxşıdır. Amma dərmanlar qəbul edirəm, həkimlərin sözünə qulaq asmıram. Şirin yemək olmaz, amma mən yeyirəm. Çox kökəlmişəm”.  

Aparıcı Vüsalə Əlizadə bildirib ki, T.Əliyeva həkimlərin verdiyi məsləhətlərə əməl etmir: “Tünzalə sizdən xəbərsiz yenə pəhriz saxlayır. Buradan onun yoldaşına da deyirəm, icazə vermə ki, Tünzalə pəhriz saxlasın. Ona olmaz. Belə çox gözəlsən. Pəhriz saxlama, çünki bu sənin səhhətinə ziyandır”.  

Əməkdar artist Tünzalə Əliyeva

# 8121
avatar

Yalçın UĞUR

Oxşar yazılar