Sentyabrın 16-da Tibb Universitetinin bir qrup məzunu Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
APA TV xəbər verir ki, məzunların etirazına səbəb Rezidenturada “Tibbi Profilaktika” ixtisasına (yeni adi ilə “İctimai Səhiyyə” fakültəsi) ayrılan plan yerlərinin az olmasıdır.
- Laboratoriya və mikrobiologlara ehtiyac yaranır. Lakin bizim ixtisas çox dardır, 80 nəfərin hamısı burada ixtisaslaşa bilmir. Əvvəlki illərin məzunları da sənəd verir, bu zaman tələbə sayı çoxalır, yerlər isə az qalır. Xaricidə də bu ixtisasa çıxış olmadığı üçün, iş tapa bilmirik, diplom heç bir işə yaramır. Ona görə də, bizim ixtisaslaşmağa ehtiyacımız var.
- Hər il bu tendensiya baş verir. 80 nəfər imtahan verir, onlardan 40 nəfəri imtahandan keçir, lakin geri qalanı gələn ilə qalır. Bu sayda ona görə artır, lakin yerlər artmır.
Rezidenturaya sənəd verən məzunlar keçən il də həmin problemi yaşadıqları üçün Səhiyyə Nazirliyinə yazılı məktubla müraciət edib. Onlara bildirilib ki, yeni tədris ilində plan yerlərinin artırılması nəzərdə tutulur. Lakin məzunların bildirir ki, plan yerləri hələ də artırılmayıb.
- Keçən il də Səhiyyə Nazirliyinə etiraz olundu ki, yerlər artırılsın. Nazirlikdə belə bir cavab göndərdi ki, narahat olmayın gələn il üçün yerlə artırılacaq. Nəyin ki, artırıldı keçən ilə nisbətən daha da azaldılıb. Xahiş edirik bu məsələyə baxılsın.
Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu məsələlərlə bağlı Tibb Universiteti ilə əlaqəli iş getdiyindən, həmin universitetdən məlumat alın.
ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı Anar Ağayev deyib ki, 2019-2020 tədris ili üçün “Tibbi Profilaktika” ixtisası (yeni adi ilə “İctimai Səhiyyə” fakültəsi) üzrə 52 plan yeri ayrılmağına baxmayaraq, yerlərin boş qalması müşahidə olunub: “Rezidentlərin müraciətlərinə cavab olaraq bildirmək istərdik ki, 2022-2023-ci il qeyd olunan ixtisaslar üzrə ayrılmış yerlərdə müəyyən dəyişikliklər ediləcək”.
Tələbələr plan yerlərinin artırılmasını labüd sayır. Onlar düşünür ki, yalnız Azərbaycanda ixtisaslaşa bilərlər, əks halda 6 illik əziyyət çəkib oxuduqları ixtisas üzrə iş tapa bilməyəcəklər.