İstirahət mərkəzində  OĞURLUQ - VİDEO
12 avqust 2025 11:52 (UTC +04:00)

İstirahət mərkəzində OĞURLUQ - VİDEO

Xaçmazda istirahət mərkəzində oğurluq hadisəsi baş verib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, Xaçmaz rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və onlar saxlanılıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar