Təyyarə qəzaya uğradı - Ölənlər var
17 avqust 2025 21:45 (UTC +04:00)

Təyyarə qəzaya uğradı - Ölənlər var

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” tipli təyyarə qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər, bir pilot və bir sərnişin həlak olub. Təyyarənin özəl reyslə uçduğu bildirilir.

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar