"Avtoş"luq edən daha bir motosikletçi həbs olundu - VİDEO
13 avqust 2025 11:40 (UTC +04:00)

"Avtoş"luq edən daha bir motosikletçi həbs olundu - VİDEO

Motosikletlə avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar