Braziliyanın Rondoniya ştatının Ji-Parana bələdiyyəsində Mitsubishi MU-2B-25 təyyarəsi şassiləri açılmadan eniş edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, şassilər açılmayıb və pilot kömək istəməli olub. Hava limanı bunun üçün hazırlanıb: zolağın üstünə su tökülüb, xüsusi bir örtük qoyulub.
Kadrlardan göründüyü kimi eniş uğurli alınıb. Xilasedicilərin köməyinə ehtiyac olmayıb. Hadisə zamanı heç kim xəsarət almayıb.