Voronejdə 17 saylı avtobusun sürücüsü salonda namaz qılıb və bu anlar videoya düşüb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, videoda kişinin arxa oturacaqda namaz qıldığı, salonda sərnişinlərin də olduğu görünür. Hadisə 17 saylı marşrutun sonuncu dayanacağında baş verib.
Sərnişinlər sürücünün namaz qıldığını tez-tez gördüklərini, lakin bunun adətən boş avtobusda baş verdiyini deyiblər. Lakin yanvarın 22-də Voronejdə hava soyuq olduğundan sürücü çöldə donmamaları üçün sərnişinləri tez içəri buraxıb.
Video sosial şəbəkədə yayıldıqdan sonra nəqliyyat şirkətinin rəhbəri sürücüdən bunu bir daha təkrarlamamağı xahiş edib.