SOS:  Ukraynada azərbaycanlıların sığındığı vağzal BOMBALANIR  - VİDEO
01 mart 2022 13:07 (UTC +04:00)

SOS: Ukraynada azərbaycanlıların sığındığı vağzal BOMBALANIR - VİDEO

Ukraynanın Xarkov şəhərini tərk etmək istəyən azərbaycanlı gənclərin videomüraciəti yayılıb.

Lent.az xəbər verir ki, gənclər videomüraciətdə hazırda Xarkov dəmiryolu vağzalında olduqlarını və şəhəri tərk etmək istədiklərini bildiriblər.

Onların sözlərinə görə, saxlandıqları vağzalda çoxlu sayda azərbaycanlı və başqa xarici vətəndaşlar da var.

Müraciət edərək şəhəri tərk etmək üçün kömək istəyən gənc həmçinin saxlandıqları dəmiryol vağzalının da mütəmadi olaraq bombardmana məruz qaldığını dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7179
avatar

Mehman Nəbiyev

Oxşar yazılar