Nikolayev-Xerson istiqamətində Ukrayna hərbçiləri ruslardan piyada döyüş maşını alıblar.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
"Deyəsən, ruslar Ukrayna Silahlı Qüvvələri ilə əvvəlcədən razılaşaraq öz texnikası ilə təslim olublar. Bəli, ruslar, biz sizin silahlarınızın pulunu ödəyirik. Nümunə götürün. Təhvil verin, pul qazanın, sağ qalın", - “Telegram”dakı xəbərdə deyilir.
Vitali Kim bu “sövdələşmə”nin videosunu da paylaşıb. Burada rusların ağ bayraqlı piyada döyüş maşınının Ukrayna hərbçilərinə tərəf necə sürdüyü göstərilir. Oradan iki Rusiya hərbçisi əlləri yuxarı çölə çıxır. Onlar əsir götürülür.
Ruslar hərbi texnikanı Ukrayna hərbçilərinə satdılar - VİDEO
Ruslar Ukrayna hərbçilərinə piyadaların döyüş maşınını satdılar
Oxşar yazılar

Arvadını aldadan milyarder canlı efirdə tutuldu - VİDEO
18 iyul 2025 , 19:59Aeroport yolunda maşın xidməti avtomobilə çırpıldı - HADİSƏ ANI
18 iyul 2025 , 16:42
Sosial şəbəkədə linç olunanlar - İMPLUS
18 iyul 2025 , 13:21
APA TV-də XƏBƏRAPARAN - CANLI
18 iyul 2025 , 10:00Maşınınız belə yana bilər - İstilərlə bağlı XƏBƏRDARLIQ - VİDEO
17 iyul 2025 , 15:53
Oyuncaq ala bilməyən qız özünü öldürdü - VİDEO
17 iyul 2025 , 11:42