ABŞ-ın Kentukki ştatında qasırğa nəticəsində dağılan Meyfild şəhərinin videosu yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, havadan çəkilmiş görüntülərdə damsız şəhər evləri görünür, bir çoxu tamamilə dağılıb. Küçələrdə, binaların xarabalıqları arasında əzilmiş avtomobilləri, dağıntıları və zibillikləri görmək olar.
Təbii fəlakət nəticəsində, ilkin məlumatlara görə, azı 100 nəfər həlak olub.
Dekabrın 12-də ştatın qubernatoru Endi Beşirin dediyi kimi, indiki qasırğa sştatın tarixində ən dağıdıcı hadisə olub. Onun sözlərinə görə, dağıntı "həyatında gördüyü heç bir şeyə bənzəmir".