Qar altında qalan inək
24 fevral 2021 14:41 (UTC +04:00)

Qar altında qalan inək

Qar fırtınasından sonra inəklər belə xilas edildi  - VİDEO

Dağıstanda güclü qar yağışı səbəbiylə fermerlər sözün əsl mənasında  qarı qazaraq inəkləri xilas etmək məcburiyyətində qalıblar. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, heyvanlar qar əsirliyində qalıblar və özbaşına çıxa bilməyiblər. 

Sosial şəbəkələrdə Dağıstanın Botlix rayonunda inəklərin demək olar ki, tamamilə qar altında qalmasını əks etdirən bir video yayılıb. Qar yığıntısı o qədər yüksək olub ki, heyvanlar hərəkət edə bilməyiblər.


Xoşbəxtlikdən sahiblər qar fırtınasının təsirlərini vaxtında görüblər və inəkləri kürəklərlə qazaraq çıxarıblar.

Qar altında qalan inək

# 4218
avatar

Oxşar yazılar