Son günlər Ərəbistan yarımadasında xas olmayan hava şəraiti hökm sürür.
Lent.az xəbər verir ki, sosial mediada Səudiyyə Ərəbistanı və Küveytə güclü qar yağması ilə bağlı görüntülər yayılıb.
Ancaq ərəblər yarımada üçün anormal olan, nəqliyyatın hərəkətini iflic edən hava şəraitini xoş qarşılayıblar.
Qeyd edək ki, ötən həftə Məkkə şəhərində aramsız yağışlar sel yaratmışdı.