Səudiyyə Ərəbistanında xarakterik olmayan hava şəraiti hökm sürür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yarımadaya xas olmayan, möcüzə kimi görünən nadir hava qeydə alınıb. Belə ki, Səudiyyə Ərəbistanına güclü yağış yağıb.
Yağıntı ən çox Məkkə şəhərinə düşüb. Burada hərəkət iflic olub, avtomobillər sel altında qalıb.
Qeyd edək ki, bir müddət əvvəl də Səudiyyə Ərəbistanında səhrada çay yaranması görüntüləri görənləri heyrətə gətirmişdi.